...

SOCAR Ceyhan limanından 16 milyon tondan çox xam neft ixrac edib

Energetika Materials 1 Dekabr 2015 19:39 (UTC +04:00)

Bakı. Trend:

SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2015-ci ilin noyabr ayında 92 874 ton dizel yanacağı, 27 119 ton təyyarə yanacağı ixrac edib.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, ümumilikdə, 2015-ci ilin yanvar-noyabr ayları ərzində 874 473 ton dizel yanacağı, 228 480 ton təyyarə yanacağı və 280 ton soba mazutu ixrac edilib.

2015-ci ilin noyabr ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) 469,26 dollar, təyyarə yanacağının - 435,37 dollar, dizel yanacağının - 407,13 dollar, 1% kükürdlü mazutun qiyməti isə 210,14 dollar təşkil edib.

Noyabr ayında dünya bazarında Brent tipli xam neftin 1 bareli 44,30 dollara, Urals nefti - 43,05 dollara, BTC FOB Ceyhan tipli xam neft isə 45,18 dollara satılıb.

SOCAR 2015-ci ilin noyabr ayında Novorossiysk limanından 169 661 ton, Supsa limanından 169 266 ton, Ceyhan limanından 1 milyon 529 min 565 ton xam neft ixrac edib.

Ümumilikdə yanvar-noyabr ayları ərzində Novorossiysk limanından 1 270 108 ton, Supsa limanından 2 541 398 ton, Ceyhan limanından isə 16 078 695 ton xam neft ixrac edilib.

SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti