...

Magistral qaz kəmərlərində təmir işləri təxirə salındı

Energetika Materials 4 Dekabr 2015 15:12 (UTC +04:00)
Magistral qaz kəmərləri sahələrində təmir işləri havaların əlverişsiz olması səbəbindən təxirə salınıb.
Magistral qaz kəmərlərində təmir işləri təxirə salındı

Bakı. Trend:

Magistral qaz kəmərləri sahələrində təmir işləri havaların əlverişsiz olması səbəbindən təxirə salınıb.

Trend SOCAR-ın saytına istinadən xəbər verir ki, "Qaz İxrac" İdarəsinin məlumatına əsasən, hava şəraitinin pisləşməsi ilə əlaqədar olaraq magistral qaz kəmərləri sahələrində 4 dekabr 2015-ci il tarixi üçün həyata keçirilməsi nəzərdə tutulan və qaz təchizatında dayanmalara səbəb ola biləcək işlər müvəqqəti olaraq təxirə salınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti