...

Bərdənin daha 3 kəndinə qaz verilib

Energetika Materials 2 Fevral 2016 20:49 (UTC +04:00)
Bərdə rayonunun daha 3 kəndinə təbii qaz verilib.
Bərdənin daha 3 kəndinə qaz verilib

Bakı. Trend:

Fevralın 2-də Bərdə rayonunun Xəsili, Köbərkənd və Qazaxlar kəndlərinə təbii qazın verilişi bərpa edilib.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, bu münasibətlə keçirilmiş tədbirdə rayon İcra Hakimiyyətinin və "Azəriqaz" İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, ümumilikdə 775 abonenti olan kəndlərin yenidən qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında 58 960 metr uzunluğunda müxtəlif diametrli metal və polietilen borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.

Çıxış edənlər kəndlərə təbii qazın verilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildirinlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti