Bakı. Maksim Tsurkov - Trend:
Cari ilin yanvar ayında Azərbaycanın enerji sistemində 2,1 milyard kilovatsaata yaxın elektrik enerjisi istehsal edilib. Ötən ilin yanvarında bu göstərici təqribən 2,3 milyard kilovatsaat olub. Bu barədə Trend "Azərenerji" ASC-yə istinadən məlumat verir.
Bununla yanaşı, ay ərzində ölkə enerji sistemi əlaqəsi olan qonşu dövlətlərlə elektrik enerjisi mübadiləsini davam etdirib.
2015-ci il ərzində isə 22,5 milyard kilovatsaatdan çox elektrik enerjisi istehsal edilib.