...

Daha 2 kəndə qaz verildi

Energetika Materials 16 Mart 2016 16:13 (UTC +04:00)
Tərtər və Qusar rayonlarının daha 2 kəndinə təbii qaz verilib.
Daha 2 kəndə qaz verildi

Bakı. Trend:

Martın 16-da Tərtər və Qusar rayonlarının daha 2 kəndinə təbii qaz verilib.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, bu münasibətlə keçirilmiş tədbirlərdə rayon icra hakimiyyətlərinin və "Azəriqaz" İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tərtər rayonunda keçirilmiş tədbirdə bildirilib ki, 300 abonenti olan Sarov kəndinin yenidən qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında 16 207 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.

Həmin gün qusarlılar üçün daha əlamətdar olub. Belə ki, rayonun 343 abonentlik Həzrə kəndinə ilk dəfə təbii qaz verilib. Bununla əlaqədar keçirilmiş mərasimdə qeyd olunub ki, qazlaşdırma işləri zamanı birpilləli sistem əsasında 29 030 metr uzunluğunda müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Çıxış edən kənd sakinlər və ictimaiyyət nümayəndələri kəndlərə təbii qazın verilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti