...

Cənubi Qafqaz boru kəmərinə əsaslı xərclər azalıb

Energetika Materials 22 Avqust 2016 18:30 (UTC +04:00)
İlin birinci yarısı ərzində CQBK-nın gündəlik orta ötürücülüyü 20,1 milyon kubmetr qaz olub.
Cənubi Qafqaz boru kəmərinə əsaslı xərclər azalıb

Trend-i buradan izləyin

Bakı. Azad Həsənli – Trend:

2016-cı ilin birinci yarısında Cənubi Qafqaz boru kəməri (CQBK) ilə bağlı fəaliyyətlərə təqribən 13 milyon dollar (2015-ci ilin eyni dövründə 22 milyon dollar) əməliyyat xərcləri və 498 milyon dollar (2015-ci ilin eyni dövründə 559 milyon dollar) əsaslı xərclər sərf edilib.

Bu barədə Trend BP-nin hesabatına istinadən məlumat verir.

Bu boru kəməri 2006-cı ilin sonlarında istismara verilib, Azərbaycan, Gürcüstan və Türkiyəyə “Şahdəniz” qazını çatdırır.

İlin birinci yarısı ərzində CQBK-nın gündəlik orta ötürücülüyü 20,1 milyon kubmetr qaz olub.

Boru kəmərinin iki operatoru var – BP şirkəti CQBK obyektlərinin tikintisi və istismarı üzrə məsul texniki operator, SOCAR isə CQBK-nın biznes icrası üzrə məsul kommersiya operatorudur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti