Bakı. Maksim Tsurkov - Trend:
Türkiyədə Azərbaycanın Dövlət Neft Şirkəti SOCAR-a məxsus Star neft-emalı zavodu neft qəbulu üzrə dəniz terminalının tikintisini ilin sonuna kimi yekunlaşdırmağı planlaşdırır. Trend-in məlumatına görə, bunu zavodun baş direktoru İbrahim Palaz jurnalistlərə deyib.
İ.Palaz bildirib: "2016-cı ilin sonuna qədər terminal üzrə bütün əsas işlər yekunlaşacaq və terminal hazır vəziyyətə gətiriləcək. Hazır neft məhsullarının yüklənməsi üçün nəzərdə tutulan digər iki terminal isə 2017-ci ilin sentyabrında istismata hazır olacaq".
Qeyd edək ki, Star neft-emalı zavodunda Azeri Light, Kerkuk və Urals kimi neft növlərinin emalı planlaşdırılır.