...

Nazir: Əgər Azərbaycan və SOCAR Gürcüstana kifayət qədər qaz tədarük etsə, Rusiyadan asılılığımız sıfıra bərabər olar

Energetika Materials 20 Yanvar 2017 00:59 (UTC +04:00)

Bakı. Trend:

Əgər bizim strateji tərəfdaşımız Azərbaycan və SOCAR dövlət şirkəti, Gürcüstana kifayət qədər həcmdə qaz tədarük etsə, Rusiyadan asılılığımız sıfıra bərabər olar.

Trend-in "Qruziya-Onlayn"a istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Giorgi Qaxaria “Qazprom”la bağlanan yeni müqaviləyə münasibət bildirərkən deyib.

G.Qaxariya qeyd edib ki, bu müqavilə "Qazprom"dan Gürcüstana təbii qaz almaq öhdəliyi qoymur: "Bu bir prinsipial işdir. Hazırda bizdə öhdəlikdən asılı olmayan kommersiya qiymətləri qeydə alınıb. Vurğulayıram kı, əgər bizim strateji tərəfdaşımız Azərbaycan və SOCAR dövlət şirkəti, Gürcüstana kifayət qədər həcmdə qaz tədarük etsə, Rusiyadan asılılığımız sıfıra bərabər olar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti