...

Energetika Nazirliyi İctimai Şura üzvlüyünə namizədlərin irəli sürülmə vaxtını elan edib

Energetika Materials 19 May 2017 15:04 (UTC +04:00)

Bakı. Trend:

Energetika Nazirliyinin fəaliyyət istiqamətləri üzrə hüquqi aktların qəbulunda, nazirliyin fəaliyyətinə ictimai nəzarətin təşkilində vətəndaşların və vətəndaş cəmiyyəti institutlarının iştirakını təmin etmək məqsədilə İctimai Şuranın yaradılması prosesinə başlanıb.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, “İctimai iştirakçılıq haqqında" Azərbaycan Respublikası Qanununa (22 noyabr 2013-cü il, № 816-IVQ), bu qanunun tətbiqi barədə Azərbaycan Prezidentinin 16 yanvar 2014-cü il tarixli, 89 nömrəli fərmanına və Nazirlər Kabinetinin 30 may 2014-cü il tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş "İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə"yə uyğun olaraq Energetika Nazirliyi yanında İctimai Şura üzvülüyünə namizədlərin irəli sürülməsi prosesinə 22 may 2017-ci il tarixindən başlanacaq.

Namizədlərin irəli sürülməsi və qeydə alınması prosesi 20 iş günü müddətində, yəni 20 iyunda yekunlaşacaq. Müvafiq sahədə fəaliyyət göstərən hər bir vətəndaş cəmiyyəti institutu İctimai Şura üzvlüyünə yalnız bir namizəd irəli sürə bilər. Hər bir vətəndaş cəmiyyəti institutu müraciətinə ictimai şuranın üzvülüyünə irəli sürdüyü namizədin şəxsiyyət vəsiqəsinin surətini, tərcümeyi-halını, hər hansı bir vətəndaş cəmiyyəti institutunun üzvlüyünü təsdiq edən sənədin surətini əlavə etməlidir. Bütün bunlardan əlavə, namizəd barədə ətraflı məlumat verən digər sənədlər də təqdim oluna bilər.

İctimai Şura üzvlüyünə namizədlərin irəli sürülməsi ilə bağlı müraciətlərin Energetika Nazirliyinə onlayn qaydada, yaxud şəxsən təqdim olunması mümkündür. Ünvan: Bakı şəhəri Ü.Hacıbəyov küç. 40

Hökumət Evi AZ1000

Tel: (994 12) 598-16-53/54/55

Faks: (994 12) 598-16-78

E-poçt: minenergy @ minenergy.gov.az

İctimai Şuraya namizədliyi irəli sürmüş şəxsin qeydiyyatına Seçki Komissiyası tərəfindən üç gün müddətində baxılacaq və müvafiq qərar qəbul ediləcək. İctimai Şuraya seçkilər namizədlərin irəli sürülməsi və qeydiyyat prosesi başa çatdıqdan sonra bir ay müddətində keçiriləcək.

Qeyd edək ki, energetika naziri Natiq Əliyevin müvafiq əmri ilə İctimai Şuraya seçkilərin təşkili məqsədilə Energetika Nazirliyi və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri daxil olmaqla 9 nəfərdən ibarət Seçki Komissiyası yaradılıb.

Energetika Nazirliyi yanında İctimai Şuraya seçkilərin keçirilməsi və seçilən vətəndaş cəmiyyəti institutları ilə bağlı məlumatlar nazirliyin rəsmi internet səhifəsində (http://www.minenergy.gov.az/) mütəmadi yerləşdiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti