...

Pərviz Şahbazov: Azərbaycan OPEK+ sazişinin uzadılması haqqında qərarı dəstəkləyəcək (YENİLƏNİB)

Energetika Materials 20 Oktyabr 2017 10:37 (UTC +04:00)

Bakı. Maksim Tsurkov - Trend:

Azərbaycan qəbul ediləcəyi təqdirdə, OPEK+ sazişinin uzadılması haqqında qərarı dəstəkləyəcək.

Trend-in məlumatına görə, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov deyib.

Nazir bildirib ki, Azərbaycan üzərinə götürdüyü beynəlxalq öhdəliklərin yerinə yetirilməsinə daim çox ciddi yanaşır:

"OPEK+ sazişi də istisna deyil. Neft bazarındakı stabillik ölkəmizin maraqları çərçivəsindədir. Bu səbəbdən biz bu təşəbbüsə qoşulmuşuq. Biz hesab edirik ki, bu istiqamətdə müəyyən addımların atılması mümkündür. Zaman göstərdi ki, Vyanadakı saziş özünü doğrultdu. Bu, böyük nailiyyətdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti