Bakı. Maksim Tsurkov - Trend:
Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan indiyədək 454 milyon ton xam neft və 144 milyard kubmetr təbii qaz hasil olunub.
Trend-in məlumatına görə, bunu energetika naziri Pərviz Şahbazov aprelin 23-də Bakıda keçirilən SOCAR-ın III Beynəlxalq “Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft emalı, Neft-kimya” Forumundakı çıxışında deyib.
P.Şahbazov bildirib, Azərbaycan “Azəri-Çıraq-Günəşli” yataqlarının işlənməsindən indiyədək 130 milyard 551 milyon ABŞ dolları gəlir əldə edib.