...

Nazir: Azərbaycanın OPEK-ə daxil olması gündəlikdə deyil (YENİLƏNİB)

Energetika Materials 23 Aprel 2018 11:53 (UTC +04:00)
Azərbaycanın OPEK-ə daxil olması gündəlikdə deyil.
Nazir: Azərbaycanın OPEK-ə daxil olması gündəlikdə deyil (YENİLƏNİB)

Bakı. Maksim Tsurkov - Trend:

Azərbaycanın OPEK-ə daxil olması məsələsi gündəlikdə deyil.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycanın energetika naziri Pərviz Şahbazov deyib.

Nazir qeyd edib ki, neft hasilatının azaldılması barədə saziş çərçivəsində Azərbaycanın OPEK-lə əməkdaşlığı uğurlu olub:

“Azərbaycan OPEK+ çərçivəsində əməkdaşlığı uğurlu hesab edir. Məqsədlər əldə olunub və bu, bazarda da müşahidə olunur. Biz bu uğurlu əməkdaşlığı davam etdirmək niyyətindəyik. Azərbaycanın OPEK-ə qoşulması məsələsi gündəlikdə deyil”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti