...

Azərbaycanda yeni modul elektrik stansiyasının açılışı hazırlanır (ÖZƏL)

Energetika Materials 6 Oktyabr 2018 21:05 (UTC +04:00)
Energetika Nazirliyindən Trend-ə verilən məlumata görə, 16,5 meqavat gücündə olan “Lerik” modul elektrik stansiyasının açılışına hazırlıq işləri yekunlaşmaq üzrədir
Azərbaycanda yeni modul elektrik stansiyasının açılışı hazırlanır (ÖZƏL)

Bakı. İlkin Şəfiyev - Trend:

Energetika Nazirliyindən Trend-ə verilən məlumata görə, 16,5 meqavat gücündə olan “Lerik” modul elektrik stansiyasının açılışına hazırlıq işləri yekunlaşmaq üzrədir.

"Tikinti və montaj işləri, habelə digər işlər artıq başa çatdırılıb, stansiyanın açılması üçün hazırlıq işləri başa çatır", - deyə Energetika Nazirliyindən bildirib.

Nazirlikdən qeyd ediblər ki, “Şimal-2” və Ordubad su elektrik stansiyalarının tikintisi də davam etdirilir.

"Şimal-2" elektrik stansiyasındakı işlər "Azərenerji" ASC tərəfindən hazırlanmış cədvələ uyğun olaraq davam edir. Stansiyanın ikinci enerji blokunun inşası, birinci enerji bloku ilə birləşməsi, soyuducu sistemin çıxış kanalının tikintisi, yanğın söndürmə sistemi və dəniz suyunun təmizlənməsi üçün quraşdırma işləri başa çatdırılıb. Eyni zamanda, yarımstansiyaların və paylayıcı qurğuların tikintisi başa çatdırılmış, onların təhlükəsizlik sistemləri quraşdırılıb. Stansiyanı mərkəzi elektrik stansiyalarına birləşdirən dörd 220 kilovoltluq elektrik xəttləri tikilib, beş ədəd 110 kilovoltluq elektrik xəttində təhlükəsizlik sistemləri təkmilləşdirilmişdir.

Xatırladaq ki, hal-hazırda Azərbaycanın enerji sisteminin tutumu 6 min meqavadan çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti