Bakı. Elnur Bağışov - Trend:
İran Gömrük Xidmətinin əməkdaşları 226 ton neft-kimya məhsulunun gizli şəkildə ölkədən çıxarılmasının qarşısını alıblar.
Trend-in məlumatına görə, gömrük əməkdaşları yük maşınını yoxlayarkən avtomobildə sənəddə qeyd olunan yükdən fərqli məhsulun olduğunu aşkarlayıblar.
Sənəddə avtomobilin daşıdığı yük kimi plastmas məhsullar göstərilibmiş.