Bakı. Sara İsrafilbəyova - Trend:
Bu il "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının iclası çərçivəsində nazirlərin görüşündə iştirakçıların sayı daha da çoxalıb və bu say 17-yə çatıb.
Trend-in məlumatına görə, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısının yekunlarına həsr olunan mətbuat konfransında deyib.
Nazir bildirib: "İlk dəfə olaraq iclasa Serbiya, Macarıstan və San-Marino da qatılıb. Bu onu göstərir ki, bu layihəyə ildən-ilə maraq artır".
P.Şahbazovun sözlərinə görə, iclas çərçivəsində işçi komitənin gələcək planları müzakirə olunub və iclasın yekunları üzrə bəyannamə imzalanıb.
Nazir əlavə edib ki, Transadriatik boru kəməri (TAP) üzrə işləri davam edir və bu gün üçün işlərin 85 faizi görülüb.