...

OPEC+ ölkələrinin növbəti görüşü təxirə salına bilər

Energetika Materials 18 Mart 2019 16:28 (UTC +04:00)

Bakı. Sara İsrafilbəyova - Trend:

OPEC+ ölkələri nazirlərinin aprel ayına nəzərdə tutulmuş görüşü təxirə salına bilər.

Trend-in məlumatına görə, bunu Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii ehtiyatlar naziri Xalid Əbdüləziz əl-Falih Bakıda OPEC və qeyri-OPEC ölkələrinin Nazirlərinin Birgə Monitorinq Komitəsinin 13-cü iclasının yekunlarına dair mətbuat konfransında deyib.

Nazir bildirib ki, bu gün Bakıda keçirilmiş görüşdə vacib məsələlər müzakirə edilib: “Ona görə də aprel ayında görüşün keçirilməsində məna görmürəm”.

O əlavə edib ki, görüş may ayına keçirilə bilər.

Qeyd edək ki, bu gün Bakıda OPEC və qeyri-OPEC ölkələrinin Nazirlərinin Birgə Monitorinq Komitəsinin 13-cü iclası keçirilib. Toplantıda 14 neft istehsalçısı olan ölkə və OPEC Katibliyi yüksək səviyyədə təmsil olunub.

İclasda OPEC-in bazarın inkişaf tempinin təhlili əsasında hazırlanmış təqdimatı və Müştərək Texniki Komissiyanın (JTC) fevral ayı üzrə hasilat göstəricilərindən bəhs edən hesabatı müzakirə edilib, həmçinin JTC-nin bazarın balanslaşdırılması üzrə tövsiyələri və neft istehsalının azaldılmasına dair öhdəliklərə əməletmə səviyyəsi nəzərdən keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti