...

Energetika naziri Pərviz Şahbazov Çin Enerji Administrasiyasının rəhbəri ilə görüşüb (FOTO)

Energetika Materials 25 Aprel 2019 13:08 (UTC +04:00)
"Kəmər və Yol“ ikinci Beynəlxalq Əməkdaşlıq Forumu çərçivəsində Çində səfərdə olan energetika naziri Pərviz Şahbazov Çin Enerji Administrasiyasının rəhbəri Zhang Jianhua ilə görüşüb.
Energetika naziri Pərviz Şahbazov Çin Enerji Administrasiyasının rəhbəri ilə görüşüb (FOTO)

Bakı. Trend:

"Kəmər və Yol“ ikinci Beynəlxalq Əməkdaşlıq Forumu çərçivəsində Çində səfərdə olan energetika naziri Pərviz Şahbazov Çin Enerji Administrasiyasının rəhbəri Zhang Jianhua ilə görüşüb.

Energetika Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə “Kəmər və Yol” təşəbbüsü çərçivəsində əməkdaşlıq, iki ölkə arasında enerji sahəsində əlaqələrin genişləndirilməsi perspektivlərinə dair müzakirələr aparılıb.

Nazir Pərviz Şahbazov deyib ki, Azərbaycan və Çin şirkətləri arasında ümumi dəyəri 821 milyon ABŞ dolları olan müxtəlif istiqamətlər üzrə sənədlərin imzalanması iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır: “Ümid edirik ki, bu uğuru energetika sahəsi üzrə də davam etdirə bilərik”.

Görüşdə neft-qaz, neft-kimya, emal sənayesi, elektroenergetika və bərpa olunan enerji sahəsində əməkdaşlıq imkanları diqqətə çatdırılıb. Çin şirkətləri bərpa olunan enerji sahəsində iştiraka dəvət edilib.

Çin Enerji Administrasiyasının rəhbəri Zhang Jianhua da enerji şirkətlərinin qarşılıqlı fəaliyyətinin gücləndirilməsinin vacibliyini qeyd edib. Bildirib ki, Çin Enerji Administrasiyası Azərbaycanın enerji sektorunda Çin şirkətlərinin fəaliyyətlərinin genişlənməsi, eləcə də bərpa olunan enerji sahəsində iştiraklarının təmin olunması istiqamətində çalışacaq.

Energetika naziri Pərviz Şahbazov iki ölkə arasında enerji sahəsində əməkdaşlıq potensialının dəyərləndirilməsi məqsədilə Çin Enerji Administrasiyasının rəhbərini Azərbaycana dəvət edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti