...

Azərbaycan nefti kəskin ucuzlaşdı

Energetika Materials 8 Avqust 2019 23:00 (UTC +04:00)
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti avqustun 7-də 58,81 dollar/barel təşkil edib
Azərbaycan nefti kəskin ucuzlaşdı

Bakı. Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti avqustun 7-də 58,81 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 3,51 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 58,19 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 3,51 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 56,23 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 3,5 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 55,25 dollar/barel olub, bu da əvvəlki göstəricidən 3,55 dollar/barel azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti