...

Stanislav Tkaçenko: Alternativ enerji Azərbaycanda fermerlər və kiçik biznes üçün böyük imkanlar açacaq

Energetika Materials 27 May 2020 12:03 (UTC +04:00)
Stanislav Tkaçenko: Alternativ enerji Azərbaycanda fermerlər və kiçik biznes üçün böyük imkanlar açacaq

Bakı. Trend:

Azərbaycan Davos Forumunun enerji keçidi indeksi üzrə hesabatının indeks cədvəlində 44-cü yeri tutub və MDB məkanında ən yüksək göstəricini nümayiş etdirib. Hesabat gələcək nəsillər üçün təhlükəsiz, dayanıqlı, əlçatan və inklüziv enerji sistemlərinin yaradılmasının əsas meyarlarını qeydə alır və bərpa olunan, alternativ enerji sistemlərinə keçidi nəzərdə tutur.

Məlum olduğu kimi, son illərdə Azərbaycan alternativ elektrik enerjisinin inkişafına diqqət ayırır. Ölkə bərpa olunan enerji mənbələri ilə zəngindir və mütəxəssislərin fikrincə, bu, postneft dövründə elektrik enerjisinin ekoloji istehsalına imkan verəcək. Təsdiq olunub ki, Azərbaycan ərazisinə düşən günəş şüalarının sayı bir çox ölkələrin göstəricilərini üstələyir. Bir sözlə, buranı dünyanın ən günəşli ölkələrindən biri adlandırmaq olar.

Azərbaycanın bu cür təbiət imkanları xarici investorların diqqətini cəlb edib. Ümumilikdə, respublikada alternativ enerjinin güc potensialı 26 940 meqavatt təşkil edir ki, bunun da 90 faizi günəş enerjisinin payına düşür.

Trend-in məlumatına görə, bununla bağlı rusiyalı iqtisad elmləri doktoru, Sankt-Peterburq Dövlət Universitetinin professoru Stanislav Tkaçenko Day.az-ın suallarını cavablandırıb.

Alternativ enerji mənbələri anlayışı çox genişdir. Onlar arasında daha mühüm rolu günəş enerjisi, külək enerjisi, biokütlə enerjisi, qabarma enerjisi və geotermal enerjidir. Bu enerji növlərini onların bərpa olunan, digər sözlə əbədi olması birləşdirir. Onların istifadəsi ənənəvi enerji mənbələrində olduğu kimi təbiətə mənfi təsir göstərmir.

Bu gün alternativ enerji ötən əsrdə neft və qazın olduğu kimi, inkişafla əlaqələndirilir.

Neft və ya neft-qaz adı verilən ötən dövr 19-cu əsrin son rübündə başlayıb və iqtisadiyyatın, əhalinin həyat səviyyəsinin misilsiz inkişafı ilə üst-üstə düşüb.

Bu dövrün başa çatdığını demək hələ ki, tezdir. Amma o da aşkardır ki, 10-20 il ərzində neft, qaz, daş kömür və şistin rolu azalmağa başlayacaq. Ənənəvi enerji mənbələrini alternativ enerji əvəz edəcək. Bu, ətraf mühit baxımından daha təhlükəsizdir. Onların istifadəsi mineral ehtiyatları daha səmərəli gələcək istifadəsi üçün qorumağa imkan verəcək.

Azərbaycan üçün nəhəng külək və günəş enerjisi ehtiyatlarının istifadəsi üzrə texnologiyala daha aktualdır. Bu texnologiyalar hən dövlət, həm iri enerji şirkətləri, həm də ayrı-ayrı ailə təsərrüfatları səviyyəsində, xüsusilə də kiçik şəhərlərdə və kənd yerlərində geniş miqyasda istifadə oluna bilər.

Alternativ enerji texnologiyalarının hazırlanması və tətbiqinə ilkin investisiyalar böyükdür, bu xərclər adətən 7-10 il ərzində ödənilir və Azərbaycanın unikal təbiətinin toxunulmazlığını. Eləcə əhalisinin sağlamlığını qorumağa imkan verir.

Rusiyaya gəldikdə isə, burada alternativ enerjiyə münasibət ikilidir. Rusiyanın bir çox enerji və yüksək texnologiya şirkətləri bu problemə öz maraqlarını qeyd edib. Bu sahədə tədqiqatlara, xüsusilə də qabarma və dalğa enerjisi kimi qeyri-ənənəvi sahələrdə işlətə yüz milyonlarla dollar investisiya qoyulub

Məqalədə:
Xəbər lenti

Xəbər lenti