...

Səngəçal terminalından "Şahdəniz" qazının ixracı artıb

Energetika Materials 16 Noyabr 2020 14:04 (UTC +04:00)

Bakı. Ləman Zeynalova - Trend:

2020-ci ilin ilk üç rüb ərzində Səngəçal terminalından gündə orta hesabla təxminən 48 milyon standart kubmetr "Şahdəniz" qazı ixrac edilib.

Trend bu barədə "BP Azerbaijan" şirkətinin hesabatına istinadən məlumat verir.

2019-cu ilin eyni dövründə bu göstərici 44 standart kubmetrə bərabər olub.

Terminaldan 2020-ci ilin ilk üç rübü ərzində təqribən 183 milyon barel neft və kondensat, o cümlədən 160 milyon barel Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə və 23 milyon barel Qərb İxrac Boru Kəməri marşrutu vasitəsilə ixrac edilib:

"Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və kondensat, "Şahdəniz" qazı üçün təqribən 85 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə "Azəri-Çıraq-Günəşli" səmt qazı da daxil olmaqla gündəlik təqribən 105 milyon standart kubmetrdir".

Eyni zamanda lk üç rüb ərzində isə Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə təqribən 21,4 milyon ton (162 milyon bareldən şox) xam neft və kondensat ixrac olunub və Ceyhanda 214 tankerə yüklənib. 2019-cu ilin eyni dövründə 24 milyon ton (177 milyon bareldən çox) neft ixrac edilmişdi.

BTC üzrə əməliyyat xərclərinə təqribən 67 milyon dollar, əsaslı xərclərə isə təqribən 20 milyon dollar xərclənmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti