...

Gələcəkdə "Cənub Qaz Dəhlizi"nə yeni müştəri və ixracatçıların qoşulması mümkündür - SOCAR

Energetika Materials 11 Fevral 2021 16:21 (UTC +04:00)
Gələcəkdə "Cənub Qaz Dəhlizi"nə yeni müştəri və ixracatçıların qoşulması mümkündür - SOCAR

Bakı. Ləman Zeynalova, tərcümə Orxan Nəbiyev - Trend:

"Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının iclası tərəfdaş dövlətlərin yüksək vəzifəli nümayəndələrinin iştirakı ilə hər il Azərbaycanda keçirilir və bu, ölkənin bu iri layihənin reallaşdırılmasında mərkəzi rolunu təsdiq edir.

Bunu Trend-ə SOCAR-ın Tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr departamentinin rəis müavini İbrahim Əhmədov deyib.

O bildirib ki, "Cənub Qaz Dəhlizi" və TAP Avropa İttifaqının strateji layihələri sırasındadır:

"Ümumi uzunluğu 3 500 kilometr olan qaz kəmərləri iki qitəni və yeddi ölkəni birləşdirir, gələcəkdə "Cənub Qaz Dəhlizi"nə əlavə interkonnektorlar vasitəsilə yeni müştəri və ixracatçıların qoşulması mümkündür. Bu interkonnektorlardan biri, Yunanıstan-Bolqarıstan interkonnektorunin tikintisi başa çatmaq üzrədir. Bu layihə ixrac olunan qaz həcmini artırmağa imkan verəcək".

İ.Əhmədov əlavə edib ki, Məşvərət Şurasının son iclasından sonra çoxlu sayda taleyüklü hadisələr baş verib:

"COVID-19 pandemiyası bugünlü iclasın onlayn rejimdə keçirilməsinə səbəb olub. Amma pandemiya və onun səbəb olduğu resessiya "Cənub Qaz Dəhlizi"nin planlaşdırılan vaxtda başa çatdırılmasına mane ola bilmədi və ilk Azərbaycan qazı Avropaya ötən ilin sonunda çatdı. "Cənub Qaz Dəhlizi" artıq bir layihə deyil, reallıqdır. Biz təkcə öz qazımızın deyil, amma üçüncü tərəflər məxsus qazın Avropaya nəql olunmasında maraqlıyıq. Çünki SOCAR "Cənub Qaz Dəhlizi"nin bütün seqmentlərində səhmdardır və Azərbaycan qazı ilə yanaşı, digər mənbələrdən də qaz nəqlinə görə gəlir əldə edəcək. "Cənub Qaz Dəhlizi"nin Avropanın enerji təhlükəsizliyi üçün əhəmiyyətini nəzərə alsaq, Məşvərət Şurasının iclaslarının layihə başa çatdıqdan sonra da davam etdirilməsi məqsədə uyğundur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti