...

"Cənub Qaz Dəhlizi"nin genişlənməsi dayanıqlı bazar tələbindən asılı olacaq - Avropa Komissiyası

Energetika Materials 17 May 2021 12:06 (UTC +04:00)
"Cənub Qaz Dəhlizi"nin genişlənməsi dayanıqlı bazar tələbindən asılı olacaq - Avropa Komissiyası

Bakı. Ləman Zeynalova - Trend:

"Cənub Qaz Dəhlizi"nin genişlənməsi dayanıqlı bazar tələbindən asılı olacaq.

Bu barədə Trend-ə Avropa Komissiyasından bildiriblər.

Qeyd olunub ki, hazırda layihənin genişləndirilməsi üçün uyğun mənbələr barədə danışmaq tezdir, çünki bu, bir sıra amillərdən asılı olacaq:

""Cənub Qaz Dəhlizi"nin genişlənməsi dayanıqlı bazar tələbindən və bazar sınaqlarının nəticələrindən asılı olacaq. Trans-Adriatik boru kəməri (TAP) konsorsiumu bu yay bazar sınağı keçirməyi planlaşdırır. Nəticədən asılı olaraq Xəzər dənizindən əlavə qaz həcmləri "Cənub Qaz Dəhlizi" vasitəsilə nəql oluna bilər".

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti