...

Azərbaycan neft ixracını azaldıb

Energetika Materials 17 İyul 2021 16:54 (UTC +04:00)
Azərbaycan neft ixracını azaldıb

Bakı. Fatimə Zülfüqar - Trend:

2021-ci il yanvar-iyun aylarında Azərbaycan 13,5 milyon ton neft ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 11,7 faiz azdır.

Trend bu barədə Dövlət Gömrük Komitəsinin hesabatına istinadən məlumat verir.

Azərbaycan hesabat dövründə 5,7 milyard dollar məbləğində neft ixrac edib.

Hesabat dövründə neft ixracı ölkənin ümumi ixracının 65,19 faizini təşkil edib.

Bu müddət ərzində Azərbaycanın neftinin ən iri idxalçısı 48,7 faiz göstərici ilə İtaliya olub.

(Tərcümə Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti