...

"Cənub Qaz Dəhlizi" digər qaz-nəqliyyat sistemləri ilə rəqib deyil - Nazir

Energetika Materials 20 Sentyabr 2021 16:58 (UTC +04:00)
"Cənub Qaz Dəhlizi" digər qaz-nəqliyyat sistemləri ilə rəqib deyil - Nazir

Bakı. Ləman Zeynalova - Trend:

"Cənub Qaz Dəhlizi" digər qaz-nəqliyyat sistemləri ilə rəqib deyil, əksinə, bir-birini tamamlayır.

Trend-in məlumatına görə, bunu energetika naziri Pərviz Şahbazov Rusiyanın "Nefteqazovaya Vertikal" jurnalına müsahibəsində deyib.

Nazir xatırladıb ki, "Cənub Qaz Dəhlizi" dünyada ən iri infrastruktur layihələrindəndir və 2020-ci il dekabrın 31-dən Azərbaycan qazı bu marşrutla Avropaya nəql olunmağa başlayıb: "İmzalanmış müqavilələrə əsasən, 25 il ərzində 10 milyard kubmetr təbii qaz Avropa bazarına tədarük olunacaq. Bu layihə tədarük mənbələrinin və marşrutlarının şaxələndirilməsi baxımından regionun enerji təhlükəsizliyinə öz töhfəsini verəcək".

Twitter: @Lyaman_Zeyn

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti