...

Qarabağdan 20-yə yaxın sahibkar elektrik təchizatı üçün müraciət edib

Energetika Materials 28 Sentyabr 2021 13:07 (UTC +04:00)
Qarabağdan 20-yə yaxın sahibkar elektrik təchizatı üçün müraciət edib

Trend-i buradan izləyin

Şamaxı. Humay Ağacanov - Trend:

Qarabağdan 20-yə yaxın sahibkar elektrik enerjisi təchizatı üçün onlayn şəkildə müraciət edib.

Trend-in məlumatına görə, bunu "Azərişıq" ASC-nin “ASAN Xidmət”lə iş və Elektron İdarəetmə Departamentinin direktor müavini İsa İsazadə bu gün Şamaxıdakı "ASAN Xidmət" mərkəzində keçirilən brifinqdə deyib.

Direktor müavini qeyd edib ki, "Azərişıq" ASC-nin yaratdığı elektron müraciətlərin idarəolunması sistemi sahibkarlara elektrik enerjisi təchizatı üçün onlayn şəkildə müraciət etməyə imkan verir. Ötən illə müqayisədə bu il onlayn müraciətlərdə 50 faiz artım müşahidə olunur.

İ.İsazədə bildirib ki, artıq azad edilmiş ərazilərdən də sahibkarlar onlayn şəkildə “Azərişığ”a müraciət edir: “Bu vaxta qədər Qarabağdan 20-yə yaxın sahibkardan elektrik enerjisi təchizatı üçün müraciət daxil olub. Onların 12-si Şuşa şəhərinin, qalanı isə digər şəhər və rayonların payına düşür. Bunlar əsasən iri market şəbəkələri, yanacaqdoldurma məntəqələri və s. müəssisələrin sahibləridir. Bu, bizim üçün sevindirici haldır"

O həmçinin qeyd edib ki, hazırda işğaldan azad edilmiş ərazilərdə 6 yarımstansiya inşa edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti