...

OPEC Azərbaycanda maye karbohidrogen hasilatı ilə bağlı proqnozu açıqlayıb

Energetika Materials 12 Noyabr 2021 10:23 (UTC +04:00)
OPEC Azərbaycanda maye karbohidrogen hasilatı ilə bağlı proqnozu açıqlayıb

Bakı. Ləman Zeynalova - Trend:

2021-ci ildə Azərbaycanda maye karbohidrogen hasilatı 0,02 milyon barel/sutka artaraq orta hesabla 0,75 milyon barel/sutka təşkil edəcək.

Trend bu barədə OPEC-in aylıq hesabatına istinadən məlumat verir.

Eyni zamanda, 2022-ci ildə proqnozlara əsasən, hasilat 0,07 milyon barel artaraq 0,82 milyon barel/sutkaya bərabər olacaq.

Hesabatda qeyd olunur ki, 2021-ci ilin sentyabr ayında Azərbaycanda maye karbohidrogenlərin hasilatı ötən ilin eyni dövrü ilə müqayisədə 0,04 milyon barel artaraq 0,72 milyon barel/sutka təşkil edib. Əvvəlki ayla müqayisədə isə hasilat 0,02 milyon barel/sutka azalıb:

"Ümumilikdə, neft hasilatı avqust ayı ilə müqayisədə 10 min barel/sutka azalaraq orta hesabla 586 min barel/sutka, kondensat hasilatı isə cüzi artaraq 117 min barel/sutka təşkil edib. İyun ayında 618 min barel/sutka həcmində illik maksimuma çatdıqdan sonra Azərbaycanda xam neft hasilatı azalır".

Twitter: @Lyaman_Zeyn

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti