Bakı. Orxan Nəbiyev - Trend:
Son bir neçə dəqiqə ərzində Avropada təbii qazın min kubmetr üçün qiyməti daha 130 dollar bahalaşaraq 2230 dollar olub.
Trend-in məlumatına görə, bu, qazın qiymətində tarixi rekorddur. Qiymət son sutkada 60 faizə yaxın bahalaşıb.
XXX
13:10
Avropada təbii qazın min kubmetr üçün qiyməti son bir saat ərzində sürətlə bahlaşmaqdadır.
Trend-in məlumatına görə, hazırda qazın qiyməti min kubmetr üçün 2100 dolları ötüb.
XXX
12:43
Avropa birjalarında təbii qazın qiyməti min kubmetr üçün 1 800 dollar həddini ötüb.
Trend-in məlumatına görə, bu, ötən günlə müqayisədə 10 faizdən daha çoxdur.
Qeyd edək ki, Ukraynada davam edən hərbi əməliyyatlarla əlaqədar Avropa ölkələri ən iri qaz tədarükçüsü olan Rusiyaya qarşı maliyyə sanksiyaları tətbiq edib.