...

Azərbaycan nefti ucuzlaşıb

Energetika Materials 12 Aprel 2022 10:50 (UTC +04:00)
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 11-də 102,63 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,22 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 100,55 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,22 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 60 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,3 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 98,5 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,93 dollar/barel azdır.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti