...

Azərbaycan Avropanın enerji təhlükəsizliyinin stabilləşməsində həlledici rol oynayır - Bayden

Energetika Materials 1 İyun 2022 12:24 (UTC +04:00)
Azərbaycan Avropanın enerji təhlükəsizliyinin stabilləşməsində həlledici rol oynayır - Bayden
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Avropanın enerji təhlükəsizliyinin stabilləşməsində həlledici rol oynayır.

Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti Co Baydenin Bakı Enerji Həftəsinin açılış mərasimində ABŞ dövlət katibi müavininin enerji diplomatiyası üzrə müşaviri Laura Loxman tərəfindən səsləndirilən məktubunda deyilir.

"ABŞ-la Azərbaycan arasında 30 illik diplomatik münasibətlər dövründə biz transmilli təhdidlərlə mübarizədə, enerji təhlükəsizliyinin gücləndirilməsində, ikitərəfli ticarət və investisiyaların təşviqində güclü tərəfdaşa çevrilmişik. Azərbaycan ABŞ-ın simasında əvvəlki kimi sadiq tərəfdaşa malikdir.

Biz ekoloji təmiz enerjiyə keçid üzrə uzunmüddətli öhdəliklərimizi yerinə yetirmək üçün vacib investisiyalar qoyuruq və dəyişikliklər tətbiq edirik. Enerji təhlükəsizliyi hədəflərinə çatmaq üçün şaxələndirmə heç vaxt olmadığı qədər vacibdir. Azərbaycan isə bu hədəflər çatmaq üzrə regional səylərdə mərkəzi rola malikdir", - məktubda deyilir.

C.Bayden qeyd edib ki, Azərbaycan həm də regionda və bütün dünyada bazarların stabilləşməsi üçün trans-Xəzər əməkdaşlığının nəhəng potensialının reallaşdırılması üçün vacib əhəmiyyət daşıyır.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti