Bakı. Trend:
Biz "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin üçüncü mərhələsi çərçivəsində kəşfiyyat quyusunun qazılmasını planlaşdırırıq.
Bunu Trend-ə bp-nin Xəzər regionu üzrə kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.
"Qazma işlərinin başlama müddəti dəqiqləşdirilir. İşlər bu il və ya gələn il başlaya bilər. Hazırda hesablama, texniki qiymətləndirmə işləri aparılır. Qazma işlərinin aparılacağı yer müvafiq təhlildən sonra dəqiqləşdiriləcək. Kəşfiyyat qazması ehtiyatların olduğu yerin perimetrini müəyyənləşdirməyə və bundan sonra mümkün hasilat həcmləri barədə rəy bildirməyə imkan verəcək", - deyə o bildirib.
Qeyd edək ki, 2022-ci ilin birinci rübündə "Şahdəniz" yatağında 6 milyard standart kubmetr qaz və 1 milyon tondan çox (9 milyon barel) kondensat hasil edilib.
(Tərcümə: Orxan Nəbiyev)