...

D230 strukturu üzrə seysmik məlumatların təhlili başa çatır - bp

Energetika Materials 1 İyun 2022 17:33 (UTC +04:00)
D230 strukturu üzrə seysmik məlumatların təhlili başa çatır - bp
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda D230 strukturu üzrə seysmik məlumatların təhlili başa çatır.

Bunu Trend-ə bp-nin Xəzər regionu üzrə kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.

"D230 strukturunda əldə olunmuş seysmik məlumatların interpretasiyası davam edir. Bu il biz Abşeron Yarımadasının Dayazsulu Hissəsində (SWAP) kəşfiyyat quyularınln qazılmasına diqqət yönəltmişik. Ötən il isə bizim diqqətimiz "Şəfəq-Asiman" strukturuna yönəlmişdi. Hazırda bu layihələr prioritetdir. D230 üzrə seysmik məlumatların təhlili başa çatır. Hazırda bu strukturda yaxın zamanlarda kəşfiyyat quyusunun qazılması planlaşdırılmır", - deyə o bildirib.

Qeyd edək ki, D230 bloku Xəzər dənizində Bakının şimal-şərq istiqamətində təxminən 135 kilometr (84 mil) məsafədə yerləşir. Blok təxminən 3200 kvadrat kilometr ərazini əhatə edir. Blokun məhsuldar laylarının gözlənilən dərinliyi təxminən 3500 metrdir. 25 illik hasialtın pay bölgüsü sazişinə əsasən bp 50 faiz işitrak payına malik olmaqla kəşfiyyat dövründə operator olacaq, iştirak payının digər 50 faizi isə SOCAR-a məxsus olacaq.

(Tərcüməçi: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti