...

bp Azərbaycanda günəş elektrik stansiyası layihəsi ilə bağlı kommersiya məsələlərinin həlli müddəti barədə

Energetika Materials 1 İyun 2022 20:08 (UTC +04:00)
bp Azərbaycanda günəş elektrik stansiyası layihəsi ilə bağlı kommersiya məsələlərinin həlli müddəti barədə
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

bp şirkəti ümid edir ki, Azərbaycanın azad edilmiş ərazilərində günəş elektrik stansiyasının tikintisi layihəsi ilə bağlı bütün kommersiya məsələləri ilin sonunadək razılaşdırılacaq.

Bunu Trend-ə bp-nin Xəzər regionu üzrə kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.

"Biz, həmçinin Zəngilan və Cəbrayılda günəş elektrik stansiyasının tikintisi layihəsi ilə bağlı icra sazişini imzalamışıq. Hazırda bu layihə çərçivəsində qiymətləndirmə işləri aparılır. Texniki və kommersiya məsələləri ilə bağlı qərar qəbul etmək lazımdır. Texniki məsələlər eletrik stansiyasının yer seçimini, perimetrin müəyyənləşdirilməsini, eləcə də logistika məsələlərini əhatə edir. Kommersiya məsələləri isə investisiyaların qarşılanması ilə bağlıdır. Layihənin kommersiya aspekti üzrə bir sıra detalları həll etmək lazımdır. Ümid edirəm ki, bu məsələləri ilin sonunadək razılaşdırmaq mümkün olacaq", - deyə o bildirib.

B.Aslanbəylinin sözlərinə görə, alternativ enerji sahəsində əməkdaşlığın digər istiqaməti bp ilə Energetika Nazirliyi arasında imzalanmış anlaşma memorandumudur.

"Bu sənəd çərçivəsində biz öz öhdəliklərimizi yerinə yetirmişik və Azərbaycana karbonsuzlaşma ilə bağlı plan təqdim etmişik. Bu, tövsiyə sənədidir və bununla bağlı dövlət özü qərar verəcək", - B.Aslanbəyli deyib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti