Bakı. Trend:
Azərbaycan artıq uzun illərdir ki, özünü etibarlı enerji tərəfdaşı qismində göstərir.
Trend-in məlumatına görə, bunu Bolqarıstanın energetika naziri Aleksandr Nikolov Bakıda keçirilən 27-ci Enerji Forumunda deyib.
"Azərbaycan etibarlı enerji tərəfdaşıdır. Bu gün Avropaya tədarükün şaxələndirilməsi və Xəzər regionu ilə əməkdaşlığın inkişaf lazımdır", - nazir deyib.