...

Qarabağın inkişafı "yaşıl" iqtisadiyyata əsaslanmalıdır - BMT rəsmisi

Energetika Materials 3 İyun 2022 12:49 (UTC +04:00)
Qarabağın inkişafı "yaşıl" iqtisadiyyata əsaslanmalıdır - BMT rəsmisi
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Qarabağın inkişafı "yaşıl" iqtisadiyyata əsaslanmalıdır.

Trend-in məlumatına görə, bunu BMT İnkişaf Proqramının Azərbaycan üzrə direktoru Suhrob Xocimatov Bakıda keçirilən 27-ci Enerji Forumunda deyib.

"Dayanıqlı inkişaf məqsədlərindən biri məhz "yaşıl" enerjiyə keçiddir. Biz Azərbaycan hökumətinin Qarabağda "yaşıl" zonanın yaradılması fikrini alqışlayırıq", - deyə o bildirib.

Onun sözlərinə görə, BMT İnkişaf Proqramı Dünya Bankı və Avropa İttifaqı ilə birgə azad edilmiş ərazilərdə bərpa işlərinin həcminin qiymətləndirilməsi üzrə missiya təşkil edib. Birinci hesabat martın sonunda hazır edilib.

S.Xocimatov vurğulayıb ki, azad edilmiş ərazilərdə minaların təmizlənməsi priosesi Azərbaycanla BMT İnkişaf Proqramı arasında əməkdaşlığın prioritet sahəsidir.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti