...

Azərbaycan nefti iki dollardan çox bahalaşıb

Energetika Materials 30 İyun 2022 11:08 (UTC +04:00)
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyunun 29-da 126,81 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,13 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 125,42 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,18 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 83,05 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstərici ilə müqayisədə 1,64 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 124,59 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,65 dollar/barel çoxdur.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti