...

bp "Çıraq" platformasında Qazlift paylayıcı sistemini tətbiq edəcək

Energetika Materials 4 Avqust 2022 13:50 (UTC +04:00)
bp "Çıraq" platformasında Qazlift paylayıcı sistemini tətbiq edəcək
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

bp "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunda "Çıraq" platformasında Qazlift paylayıcı sistemini tətbiq edəcək.

Trend bu barədə bp şirkətinə istinadən məlumat verir.

"2022-ci ilin ikinci rübündə Çıraq Qazlift layihəsi də təhlükəsiz və büdcəyə uyğun şəkildə tamamlanıb. Layihə çərçivəsində obyektin təhlükəsiz istismarını təmin edəcək mühüm modifikasiyalar həyata keçirilib ki, bu da insan müdaxiləsi və əməliyyat prosedurlarından asılılığı azaltmaqla artıq təzyiq riskinin idarə edilməsinə kömək edəcək. İl ərzində yeni Qazlift paylama sistemi hasilat cədvəlinə uyğun olaraq platformanın digər seçilmiş quyularına da tətbiq olunacaq", - məlumatda deyilir.

Bundan başqa, AÇG-nin illik iş proqramının bir hissəsi olaraq ikinci rübdə Şərqi Azəri platformasında planlaşdırılmış profilaktik işlər proqramı uğurla həyata keçirilib.

"Plana əsasən Şərqi Azəri platformasından hasilat təxminən 15 gün ərzində dayandırılmışdı ki, planlaşdırılmış profilaktik işlər, inspeksiya və layihə işləri effektiv şəkildə aparıla bilsin. Platformanın təhlükəsiz, etibarlı və ətraf mühitə ziyan vurmadan uzun müddət istismar qabiliyyətini davam etdirə bilməsi məqsədilə aparılan bu proqram tam təhlükəsiz şəkildə və vaxtında başa çatdırılıb", - hesabatda qeyd olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti