Bakı. Trend:
Şimali Makedoniya Yunanıstan-Bolqarıstan Interconnector (IGB) şəbəkəsinin bir hissəsi olmaq istəyir.
Trend-in məlumatına görə, bu barədə Şimali Makedoniya Respublikasının Prezidenti Stevo Pendarovski öz Facebook səhifəsində yazıb.
“Biz Yunanıstan-Bolqarıstan Qaz Interconnectorunun kommersiya istismarının başlanğıcını qeyd etdik ki, bu da təkcə iştirakçı ölkələr üçün deyil, həm də Cənub-Şərqi Avropa üçün şaxələndirilmiş təbii qaz mənbələrinə çıxış üçün yeni etibarlı qapı açır. Müəssisələrin və ev təsərrüfatlarının ehtiyaclarını ödəmək üçün Şimali Makedoniya bu təbii qaz şəbəkəsinin bir hissəsi olmalıdır. Biz bu istiqamətdə bütün lazımi addımları atmağa hazırıq”, - deyə S.Pendarovski bildirib.