...

Səngəçal terminalında distant idarəetmə sisteminin tikintisi başa çatır

Energetika Materials 7 Oktyabr 2022 11:59 (UTC +04:00)
Səngəçal terminalında distant idarəetmə sisteminin tikintisi başa çatır
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Səngəçal terminalında distant idarəetmə sisteminin tikintisinin 97 faizi başa çatıb.

Trend-in məlumatına görə, bunu "Şərqi Mərkəzi Azəri" platformasının (ACE) layihə meneceri Nil Filips jurnalistlər üçün mediatur zamanı deyib.

Onun sözlərinə görə, distant idarəetmə məkanlarının sınaqları üzrə işlər aparılır.

"Bu işlər başa çatdıqdan sonra sistemin istismara verilməsi gözlənilir. Bundan başqa, bu platformanın avtomatlaşması terminalın ACE ilə inteqrasiyasının sürətləndirilməsinə kömək edəcək", - deyə o qeyd edib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti