...

BEA Azərbaycanda neft hasilatı ilə bağlı proqnozu açıqlayıb

Energetika Materials 13 Oktyabr 2022 18:49 (UTC +04:00)
BEA Azərbaycanda neft hasilatı ilə bağlı proqnozu açıqlayıb
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Beynəlxalq Enerji Agentliyi (BEA) Azərbaycanda neft hasilatının 2022-ci ildə 0,67 milyon barel/sutka təşkil edəcəyini proqnozlaşdırır.

Trend bu barədə cümə axşamı Agentliyə istinadən məlumat verir. Bu göstərici əvvəlki hesabatla müqayisədə dəyişməz qalıb.

Agentliyin hesabatına əsasən, 2022-ci ilin birinci rübündə Azərbaycanda neft hasilatı 0,7 milyon, ikinci rübündə isə 0,67 milyon, üçüncü rübündə isə 0,65 milyon barel/sutka təşkil edib.

Dördüncü rübdə 0,67 milyon barel/sutka hasilat proqnozlaşdırılır.

2023-cü ildə Azərbaycanda neft hasilatı 0,67 milyon barel/sutka səviyyəsində proqnozlaşdırılıb. Bu göstərici də əvvəlki hesabatla müqayisədə dəyişməz qalıb.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti