...

Neft Rusiyada hasilatın azalma ehtimalına görə bahalaşıb

Energetika Materials 12 Dekabr 2022 10:36 (UTC +04:00)

Bakı. Trend:

Dünya birjalarında neftin qiyməti bahalaşıb.

Trend “Praym”a istinadən xəbər verir ki, Brent markalı neftin fevral fyuçerslərinin qiyməti 0,57% artaraq 76,53 dollar/barelə, WTI markalı neftin yanvar fyuçersləri 0,84% artaraq 71,62 dollara çatıb.

İnvestorlar qiymət tavanının tətbiqinə cavab olaraq Rusiyanın neft hasilatını azaltmaq perspektivlərini qiymətləndirməyə davam edir. Bu səbəbdən səhər saatlarından neftin qiyməti bahalaşıb.

Sinqapurdakı "Saxo Capital Markets Pte"nin bazar strateqi Çaru Çanana istehsalın azaldılması riskinin 2023-cü il ərəfəsində bazara yeni dəstək verə biləcəyini hesab edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti