...

Ceyhan terminalı Bakı-Tbilisi-Ceyhandan neftin tankerlərə yüklənməsini bərpa edib - bp

Energetika Materials 12 Fevral 2023 18:06 (UTC +04:00)
Ceyhan terminalı Bakı-Tbilisi-Ceyhandan neftin tankerlərə yüklənməsini bərpa edib - bp
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Bu gündən (fevralın 12-dən) Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərindən Ceyhan terminalında neftin tankerlərə yüklənməsi bərpa edilib.

Bu barədə Trend-ə "bp Azerbaijan"dan məlumat verilib.

Qeyd edək ki, fevralın 6-da Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar BTC boru kəmərinin Türkiyədəki operatoru (Botaş International Anonim Şirketi (BIAS)) tərəfindən Ceyhan terminalında tankerlərin yüklənməsi əməliyyatları müvəqqəti olaraq dayandırılıb.

2022-ci ilin yekunlarına görə, BTC ilə ixrac edilən təxminən 224 milyon barel (təxminən 30 milyon ton) neft Ceyhandakı terminalda 305 tanker üçün yüklənilib.

BTC neft kəmərinin ümumi uzunluğu 1768 kilometrdir ki, bunun da 443 kilometri Azərbaycan ərazisindən, 249 kilometri Gürcüstan ərazisindən, 1076 kilometri Türkiyə ərazisindən keçir. Kəmərin tikintisinə 2003-cü ilin aprelində başlanılıb və 2005-ci il mayın 18-də onu neftlə doldurulması olub.

Layihəni həyata keçirmək üçün 2002-ci il avqustun 1-də yaradılan "BTC Co" şirkətinin səhmdarları bunlardır: BP (30,1 faiz), SOCAR (25 faiz), MOL (8,9 faiz), Equinor (8,71 faiz), TRAO (6 ,53 faiz). faiz), Eni (beş faiz), TotalEnergies (beş faiz), Itochu (3,4 faiz), INPEX (2,5 faiz), ExxonMobil (2,5 faiz) və ONGCVidesh (2,36 faiz).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti