...

AÇG və Şahdəniz yataqları üzrə builki gəlir açıqlanıb

Energetika Materials 3 Mart 2023 11:20 (UTC +04:00)
AÇG və Şahdəniz yataqları üzrə builki gəlir açıqlanıb

Bakı. Trend:

Azəri-Çıraq-Günəşli (AÇG) üzrə 2023-cü ilin iki ayı ərzində əldə olunan gəlirlər açıqlanıb.

Dövlət Neft Fondundan Trend-ə bildirilib ki, AÇG yatağından 1 324 mln. dollar (01.01.2023-01.03.2023 tarixinə) məbləğində gəlir əldə olunub.

Bu ilin iki ayı ərzində Şahdəniz yatağından qaz və kondensat üzrə əldə edilən gəlir 534,751 mln. dollar olub.

O cümlədən, həmin tarixdə Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər 58,069 mln. dollar təşkil edib.

Xatırladaq ki, 2022-ci il üzrə AÇG yatağı üzrə əldə olunan ümumi gəlirlər 9 889 mln. dollar olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti