...

"OPEC+" ölkələrinin neft hasilatının azaldılması qərarı təəssüf doğurur - ABŞ maliyyə naziri

Energetika Materials 4 Aprel 2023 07:08 (UTC +04:00)
"OPEC+" ölkələrinin neft hasilatının azaldılması qərarı təəssüf doğurur - ABŞ maliyyə naziri

Bakı. Trend:

ABŞ-ın maliyyə naziri Canet Yellen bir sıra "OPEC+" ölkələrinin neft hasilatını azaltmaq qərarının nəticələrini hələ də proqnozlaşdıra bilmədiyini, lakin bu addımı yanlış hesab etdiyini bildirib.

Trend bu barədə ABŞ KİV-lərinə istinadən xəbər verir.

"Hesab edirəm ki, "OPEC"in atmaq qərarına gəldiyi addım təəssüf doğurur. Bunun qiymətlərə necə təsir edəcəyinə hələ əmin deyiləm.

Düşünürəm ki, bu addımı həqiqətən qiymətləndirmək üçün bir az daha gözləmək lazımdır", - deyə C.Yellen bildirib.

Qeyd edək ki, aprelin 2-də bir neçə "OPEC+" ölkəsi qlobal enerji bazarının sabitliyini təmin etmək üçün may ayından 2023-cü ilin sonuna kimi neft hasilatının könüllü azaldılmasını elan edib. Bu qərarlar "OPEK+" Nazirlərinin Monitorinq Komitəsinin aprelin 3-də keçirilən iclasının yekunları üzrə təsdiqlənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti