...

ABŞ Energetika Nazirliyi Azərbaycanda neft hasilatının proqnozlaşdırılan həcmini açıqlayıb

Energetika Materials 12 Aprel 2023 13:36 (UTC +04:00)
ABŞ Energetika Nazirliyi Azərbaycanda neft hasilatının proqnozlaşdırılan həcmini açıqlayıb
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

2023-cü ildə Azərbaycanda gündəlik 0,65 milyon barel neft hasil olunacağı gözlənilir.

Trend bu barədə ABŞ Enerji İnformasiyası İdarəsinə (EIA) istinadən xəbər verir.

Beləliklə, ölkədə neft hasilatı üzrə proqnozlar əvvəlki hesabatla müqayisədə dəyişməz olaraq qalıb.

EIA həmçinin 2024-cü ildə Azərbaycanda neft hasilatı üzrə proqnozu dəyişilməz olaraq saxlayıb. Beləliklə, gələn il ölkədə gündəlik 0,65 milyon barel neft hasil olunacağı gözlənilir.

Qeyd edək ki, 2022-ci ilin sonlarında Azərbaycanda neft hasilatı 32,6 milyon ton (kondensatla birgə) təşkil edib. İxrac edilən neft 26 milyon tondan çox olub ki, bu da 2021-ci illə müqayisədə 4 faiz və ya təqribən 1,09 milyon ton azdır.

Bu il Azərbaycanda ümumilikdə 33,4 milyon ton neft hasil olunması planlaşdırılır.

Twitter: @Lyaman_Zeyn

Məqalədə:
Xəbər lenti

Xəbər lenti