Bakı. Trend:
2026-cı ildən etibarən Trans-Adriatik boru kəməri (TAP) ilə əlavə olaraq 1,2 milyard kubmetr qaz nəql ediləcək ki, bunun 1 milyard kubmetri İtaliyaya, 200 milyon kubmetr isə Albaniyaya tədarük olunacaq.
Trend bu barədə çərşənbə günü İtaliya mediasına istinadən xəbər verir.
Məlumata görə, əlavə həcmin birinci partiyası 2026-cı ildən 2028-ci ilin dekabrına qədər, ikinci partiya isə 2026-cı ilin oktyabr ayından 2033-cü ilin sentyabr ayınadək tədarük olunacaq. Beləliklə, infrastrukturun ilk modernizasiyası 2025-ci ilin sonunadək həyata keçiriləcək.
“Bu ilk 1,2 milyard kubmetrin bir milyardı İtaliyaya, yerdə qalan 200 milyon kubmetr isə Albaniyaya nəql olunacaq”, - deyə İtaliya mediası xəbər verir.
TAP-ın ötürücülük qabiliyyəti yeni borular çəkmədən, yalnız Yunanıstan və Albaniyaya qazın kompressiya gücünü artırmaq hesabına və İtaliyada minimal müdaxilərlə mümkün olacaq.
Qeyd edək ki, Azərbaycan Avropaya qaz tədarükünü 31 dekabr 2020-ci ildə başladıb. Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan Trans-Adriatik qaz kəməri (TAP) vasitəsilə kommersiya istismarı başladıqan sonra ümumilikdə 22 milyard kubmetr qaz nəql olunub. Bu il Azərbaycan Avropaya 12 milyard kubmetr qaz ixrac etməyi planlaşdırır.