...

Azərbaycan qazını nəql edən IGB-nin imkanları demək olar ki, tam bron edilib

Energetika Materials 5 May 2023 09:14 (UTC +04:00)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Qeydiyyatdan keçmiş istifadəçiləri 15 qaz treyderi olan Yunanıstan-Bolqarıstan interkonnektorunun (IGB) imkanları fevral ayında 90 faiz yüklənib.

Trend bazar ertəsi xəbər verir ki, bunu boru kəmərinin operatoru olan ICGB şirkətinin baş icraçı direktoru Teodora Georgiyeva deyib.

Bundan başqa,o, IGB-nin dekabr ayında bron edilmiş imkanların 90 faizdən çoxu ilə Moldovaya qaz nəql etdiyini qeyd edib.

"Moldova üçün bron edilmiş imkanlar qış dövründə ölkənin daxili istehlakı üçün lazımi həcmin təmin olunması məqsədilə istifadə olunub", - Teodora Georgiyeva "SeeNews"a deyib.

Qeyd olunur ki, bütünlükdə 2023-cü ilin ilk iki ayı ərzində IGB 3,08 milyon meqavat-saat qaz tədarük edib, istismara verildiyi vaxtdan etibarən isə təqribən 7,9 milyon meqavat-saat nəql olunub. Hazırda IGB təqribən 2,7 milyon avro dəyərində açıq tender çərçivəsində sığorta xidmətlərini satın almağa hazırlaşır.

"Ötürmə sisteminin operatoru olaraq şirkətlərin qarşısında duran vəzifələrdən bəzilərinə hazırda satınalmaların idarə olunması, müqavilə şərtlərinin müzakirəsi, komandamızın gücləndirilməsi üçün yüksək ixtisaslaşmış və təcrübəli mütəxəssislərin cəlb olunması, infrastrukturun təhlükəsiz və səmərəli fəaliyyəti üçün avadanlığa və texnologiyalara investisiyaların qoyulması, həmçinin boru kəmərinin maksimum bron edilmiş imkanlarının təmin edilməsi daxildir", - deyə Georgiyeva əlavə edib.

Bundan başqa, o IGB-nin Yunanıstan, Bolqarıstan, Rumıniya və Macarıstanı birləşdirən Şaquli Qaz Dəhlizində həlledici rol oynayacağını qeyd edib.

Qeyd edək ki, Yunanıstan-Bolqarıstan interkonnektoru 1 oktyabr 2022-ci il tarixindən kommersiya tədarükünə başlayıb.

Hazırkı istilik mövsümünün əvvəlindən IGB Bolqarıstanda təbii qaz ehtiyacının təqribən üçdə birini təmin etməkdədir. Bolqarıstana təbii qaz nəqlinin diversifikasiyalaşdırılması üçün ilk marşrut olan IGB tədarükün daha yüksək təhlükəsizliyinə və mənbələrin müxtəlifliyinə zəmanət verməklə təbii qaz bazarında rəqabətə mühüm töhfə verir ki, bu da ölkədəki müəssisələr və daxili istehlakçılar üçün qiymətlərin optimallaşdırılmasının vacib şərtidir.

Azərbaycanla saziş üzrə layihənin əsasını 1 milyard kubmetr tədarük təşkil etdiyi halda, IGB digər yükgöndərənlər tərəfindən rezerv edilmiş uzunmüddətli imkanlara da malikdir. Bunların əksəriyyəti Bolqarıstan bazarı üçün tamamilə yenidir. Yunanıstan-Bolqarıstan interkonnektoru 2024-cü ildə bir neçə qaz mənbəyinə çıxış əldə edəcək.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Twitter: @Lyaman_Zeyn

Məqalədə:
Xəbər lenti

Xəbər lenti