...

Trans-Balkan qaz kəməri Azərbaycandan qaz tədarükü üçün əlçatan olur - Macarıstan səfiri (ÖZƏL)

Energetika Materials 3 May 2023 10:23 (UTC +04:00)
Trans-Balkan qaz kəməri Azərbaycandan qaz tədarükü üçün əlçatan olur - Macarıstan səfiri (ÖZƏL)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Təbii qazın Ukrayna ərazisindən Rumıniya və Bolqarıstan vasitəsilə Türkiyəyə nəql olunduğu Trans-Balkan qaz kəmərinin birinci qolunun iki istiqamətliliyini təmin etdikdən sonra Yunanıstandan və Türkiyədən təbii qazı Bolqarıstan şəbəkəsinə nəql etmək mümkün olub.

Bu barədə Trend-ə özəl müsahibəsində Macarıstanın Azərbaycandakı səfiri Tamaş Torma deyib.

"İnfrastrukturun bu cür inkişafı o deməkdir ki, Azərbaycandan daxil olan təbii qaz bizim regiona çatdırıla bilər. Aİ-yə üzv dövlətlər üçün təbii qaz mənbələrinin diversifikasiyasında bu marşrutun həlledici rolu həmçinin Avropa İttifaqının 2022-ci ilin mayında dərc olunmuş "REPowerEU" planında vurğulanıb", - deyə səfir aydınlıq gətirib.

Qeyd edək ki, Azərbaycan Respublikası Energetika Nazirliyinin hesabatına əsasən, 2023-cü ilin yanvar-mart ayları ərzində Azərbaycan Avropaya (2,9 milyard kubmetr), Türkiyəyə (2,7 milyard kubmetr) və Gürcüstana (0,9 milyard kubmetr) təbii qaz ixrac edib. Hesabat dövründə Trans-Anadolu qaz kəməri ilə Türkiyəyə 1,4 milyard kubmetr qaz ixrac olunub.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Twitter: @Lyaman_Zeyn

Məqalədə:
Xəbər lenti

Xəbər lenti