Bakı. Trend:
2023-cü ilin yanvar-aprel ayları ərzində Cənubi Qafqaz (Bakı-Tbilisi-Ərzurum) boru kəməri ilə 2022-ci ilin analoji dövründəki 6,783 milyard kubmetr ilə müqayisədə 7,346 milyard kubmetrdən artıq qaz nəql olunub.
Trend bu barədə cümə axşamı Azərbaycan Respublikasının Dövlət Statistika komitəsinə istinadən xəbər verir.
Beləliklə, Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə qaz tədarükünün həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 8,3 faiz artıb. Onun payına 2023-cü ilin yanvar-aprel aylarında Azərbaycanın magistral qaz kəmərləri ilə nəql olunan qazın 49,9 faizi düşüb, ötən ilin analoji dövründə isə bu göstərici 48,7 faiz olub.
2023-cü ilin yanvar-aprel ayları ərzində Azərbaycanın magistral qaz kəmərləri ilə təqribən 14,712 milyard kubmetr qaz nəql olunub ki, bu da ötən ildəkindən 5,7 faiz çoxdur.
Qeyd edək ki, CQBK boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə Şahdəniz qazını çatdırır, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBKG) sistemi isə kommersiya qaz həcmlərinin Türkiyəyə çatdırılmasına 2018-ci ilin iyun ayında, Avropaya isə 2020-ci ilin dekabr ayında başlayıb.
Cənubi Qafqaz Boru Kəməri şirkətinin (CQBKş) səhmdarları bunlardır: bp (operator – 29,99%), Cənub Qaz Dəhlizi (21,02%), LUKOYL (19,99%), TPAO (19,00%) və NİKO (10,0%).
(Tərcümə: Rəna Əbdürəhmanova)
Twitter: @Lyaman_Zeyn