Bakı. Trend:
Macarıstan Azərbaycan qazının ilk 100 milyon kubmetrini ilin sonunadək alacaq.
Trend çərşənbə günü xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto Moldovada keçirilən mətbuat konfransında deyib.
"Bu, Azərbaycanla bir neçə milyard kubmetr qaz satın alınması üzrə uzunmüddətli müqavilə bağlamağa doğru ilk addımdır", - o deyib.
Onun sözlərinə görə, qaz tədarükünün həcmi gələcəkdə 1 milyard kubmetrə çatacaq.
Qeyd edək ki, Azərbaycan Cənub Qaz Dəhlizi ilə Avropaya qaz tədarükünü 31 dekabr 2020-ci ildə başladıb. Bu il Avropaya 12 milyard kubmetr qaz ixrac etmək planlaşdırılır.
(Tərcümə: Rəna Əbdürəhmanova)
Twitter: @Lyaman_Zeyn