...

"Zığ-Hövsan Abşeron" yatağının istehsal göstəriciləri məlum olub

Energetika Materials 20 İyun 2023 12:33 (UTC +04:00)
"Zığ-Hövsan Abşeron" yatağının istehsal göstəriciləri məlum olub
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

2022-ci ildə Azərbaycanda "Zığ-Hövsan Abşeron" yatağında neft hasilatı proqnozlaşdırılan 0,43 milyon barellə müqayisədə 0,42 milyon barel olub.

Trend bu barədə Azərbaycan Respublikası Hesablama Palatasına istinadən xəbər verir.

Qeyd olunub ki, ötən il yataq üzrə hasilat planı 98 faiz yerinə yetirilib, istehsalatın həcmi isə 2021-ci illə müqayisədə dəyişməyib.

"Zığ" yatağı Bakının şimal-şərqində yerləşir və 1935-ci ildən işlənilir. "Hövsan" yatağı Bakıdan 20 km məsafədə, Abşeron yarımadasından cənubda yerləşir və 1948-ci ildən işlənilir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Twitter: @Lyaman_Zeyn

Məqalədə:
Xəbər lenti

Xəbər lenti